IMG-LOGO

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

23 Jan 2026 03:35 3 baxış
IMG

2026-cı ilin fevralında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti "Comex" birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 4 950 ABŞ dollarını ötüb.

"Report" xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiq edir.

Bakı vaxtı ilə saat 03:01-də qiymətli metalın dəyəri bir troya unsiyası üçün 4 950,1 ABŞ dolları (+0,75%) təşkil edib.

Saat 03:06-da isə qızılın qiyməti artımı sürətləndirərək bir troya unsiyası üçün 4 955,9 ABŞ dollarına (+0,86%) çatıb.

Xəbər lenti