Ötən il Gürcüstan Azərbaycandan 857,3 min ABŞ dolları dəyərində meyvə və tərəvəz şirəsi idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 2,2 dəfə çoxdur.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 17 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz şirəsi alıb ki, bu da bir il əvvəlki göstəricidən 31 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 4,4 milyon ABŞ dolları, Avstriyadan 1,42 milyon ABŞ dolları, Niderlanddan 1,41 milyon ABŞ dolları, İsraildən 1,13 milyon ABŞ dolları, Belçikadan 1,1 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 13,4 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz şirəsi alıb ki, bunun da 385 min ABŞ dolları Azərbaycanın payına düşüb.