36-cı NATO Liderlər Sammiti çərçivəsində Türkiyəyə səfər edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başa çatıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, liderlərin görüşlərdən sonra ikitərəfli saziş imzalaması gözlənilir.
***
16:30
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən NATO sammitində iştirak etmək üçün Ankaraya səfər edən ABŞ prezidenti Donald Trampı Türkiyəə Prezidentinin iqamətgahında qəbul edib.
Lent.az APA -ya istinadən xəbər verir ki, ABŞ prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülüb.
Liderlərin ikitərəfli münasibətləri və NATO daxilindəki məsələləri müzakirə edəcəyi gözlənilir.
Tramp Ərdoğan
Mənbə: lent.az