ABŞ-da həftəsonu Müstəqillik Günü bayramı ərzində odlu silahdan açılan atəş nəticəsində 100 nəfər ölüb, daha 340 nəfər yaralanıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, cəmi üç gün ərzində ölkədə 20 kütləvi atışma qeydə alınıb. Bu rəqəm 2021-ci ildən bəri ən yüksək göstəricidir. Gun Violence Archive hüquq müdafiə təşkilatı bu rəqəmlərin ilkin olduğunu açıqlayıb.
"4 iyul həftəsonu rekord sayda kütləvi atışma hadisəsi baş verib - 20. Bu, rekord 2021-ci ildən bəri baş verməyib. Həftəsonu baş verən atışmalarda yaralanan və ya ölənlərin ümumi sayı 100 nəfər, yaralananlar isə 340 nəfər olub", - təşkilatın açıqlamasında deyilir.
Müstəqillik günü ABŞ atışmalar ölənlər statistikaMənbə: lent.az