Ermənistan ordusu gələcəkdə həm müqavilə, həm də həqiqi hərbi xidmət formalarını uyğunlaşdıracaq.
"Report"un məlumatına görə, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan ölkə ordusunun növbəti 5 ildə inkişafı ilə bağlı öz baxışını təqdim edərkən bildirib.
"Hərbi qulluğu həqiqi hərbi xidmət olmadan təsəvvür etmirəm. Həqiqi hərbi xidməti müqaviləli hərbi xidmətin tamamlanacağı və peşəkar ordunun güclənib inkişaf edəcəyi bir kanal olaraq görürəm", - o qeyd edib.
Nazirin sözlərinə görə, həqiqi hərbi xidmət saxlanılacaq və bundan sonra hərbçilər ehtiyata keçəcək, onların bir hissəsi isə peşəkar orduya inteqrasiya olunacaq.