ABŞ-ın Corciya ştatının məhkəməsi 32 yaşlı Robert Brendon Kelleri qətldə günahkar bilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cinayət 2024-cü ilin oktyabr ayında baş verib. Kellerin qurbanı onu maşınla aparmağa razı olan təsadüfi sürücü Bryus Dyupri olub. Hərəkət zamanı narkotik təsiri altında olan sərnişin ona bıçaqla hücum edib. Keller Dyuprini bir neçə dəfə bıçaqlayıb, yol kənarına atıb və maşını qaçırıb.
Cinayətkar moteldə tutulub. Həbs edildikdən sonra öz gözlərini çıxarıb və dilinin bir hissəsini dişləyib. Keller daha sonra bunu həbsxana xəstəxanasına yerləşdirilmək üçün etdiyini etiraf edib.
Kelleri iki ömürlük həbs cəzası və əlavə 25 il həbs cəzası gözləyir.
HadisələrMənbə: lent.az