IMG-LOGO

İspaniyada iki qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 45-ə çatıb

22 Jan 2026 18:38 2 baxış
IMG

İspaniyada iki qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 45-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri hələ davam edir.

Daha əvvəl 43 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, yanvarın 18-də axşam İspaniyanın Adamus şəhərində Malaqadan Madridə gedən "Iryo" qatarı relsdən çıxaraq əks istiqamətdə hərəkət edən "Alvia" qatarı ilə toqquşub.

Xəbər lenti