Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin ABŞ Prezidenti Donald Trampla görüşün çox yaxşı keçdiyini bildirib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Prezidentinin müşaviri jurnalistlərə bildirib ki, görüşün vaxt baxımından nə qədər keçdiyini hesablamayıblar.
"Görüşün nə qədər keçdiyini hesablamadıq, amma çox yaxşı keçdi", - o deyib.
Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri Davosda görüşüblər.