Almaniya Rusiyanın Berlindəki səfirliyinin hərbi attaşesinin müavinini ölkədən çıxarır.
"Report" xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
"Rusiya Məxfi Xidmətinə casusluqda şübhəli bilinən qadının həbsindən sonra casusluqla məşğul olan və özünü diplomat kimi qələmə verən əməkdaş Almaniyanı dərhal tərk etməlidir", - məlumatda bildirilir.
Qeyd olunur ki, o, 72 saat ərzində ölkəni tərk etməlidir.