ABŞ Prezidenti Donald Tramp Davosda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları məhsuldar adlandırıb.
Bu barədə "Report" "Sky News"a istinadən xəbər verir.
Tramp jurnalistlərin Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sazişin imzalanması şansının olub-olmadığı barədə sualının cavabında "görək, nə baş verəcək" deyib.
"Sabah Rusiya ilə görüşümüz var, həmçinin ölkə Prezidenti Vladimir Putin ilə görüşümüz olacaq", - D.Tramp qeyd edib.
O həmçinin bildirib ki, V.Zelenski ilə danışıqlar zamanı Ukraynanın Sülh Şurasına daxil olması məsələsi müzakirə edilməyib.