Ötən il Gürcüstan Azərbaycandan 475 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 13 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 2 milyard 348 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da əvvəlki ilə nisbətən 8,5 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 862 milyon ABŞ dolları, Rumıniyadan 231 milyon ABŞ dolları, Bolqarıstandan 193 milyon ABŞ dolları, Türkiyədən 155 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 2 milyard 165 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 423 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.