Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ölkəsi müharibələrin qarşısının alınmasına və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir və onlarda iştirak edir.
"Report" xəbər verir ki, bu barədə Orban "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Davosda ABŞ Prezidenti Donald Tramp yeni bir təşəbbüs - Sülh Şurası irəli sürüb. Macarıstan təsisçi ölkələr arasındadır, çünki ölkəmizin daha da böyüməsi və inkişafı üçün sülh lazımidir. Müharibə son on beş ildə qurduğumuz hər şeyi təhlükə altına qoyur. O özü ilə inflyasiyanı, sanksiyaları, enerji qiymətlərinin artımını və milli iqtisadiyyatın enişini gətirir. Macarıstan geriyə yox, irəli getmək istəyirik. Məhz buna görə biz müharibələrin qarşısının alınması və məhdudlaşdırılması, həmçinin xalqların və ailələrin təhlükəsizliyinin və ruhi rahatlığının təmin edilməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyirik və onlarda iştirak edirik", - Baş nazir qeyd edib.
O əlavə edib ki, Macarıstan bu gün Davosda, həmçinin bu gün Brüsseldə keçiriləcək Avropa İttifaqı liderləri sammitində məhz bu məsələlər üzərində işləyir.