IMG-LOGO

ABŞ Prezidenti: Venesuelanı böyük neft şirkətləri üçün açırıq

22 Jan 2026 14:39 2 baxış
IMG

ABŞ Venesuelanı böyük neft şirkətləri üçün açır.

"Report"un İsveçrəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu ayın əvvəlində ABŞ ordusunun məharəti, gücü və qüvvəsi sayəsində ABŞ Nikolas Maduronu ələ keçirdi və Venesuela xalqı indi xoşbəxtdir.

ABŞ Prezidenti Venesuelanın yeni rəhbərləri ilə münasibətlərin yaxşı olduğunu qeyd edib və mövcud əməkdaşlıqdan məmnunluğunu bildirib. "Biz ölkəni nəhəng neft şirkətlərimiz üçün açırıq və bu proses çox yaxşı gedir. Biz artıq 50 milyon barel neft çıxarmışıq və bu neftin böyük hissəsi Venesuelaya qayıdacaq", - Tramp qeyd edib. O, həmçinin vurğulayıb ki, Venesuela qısa müddət ərzində bizdən bir neçə ildəkindən daha çox gəlir əldə edəcək.

"Neft şirkətləri ölkəyə dərhal girmək istəyir, biz artıq oradayıq, obyektləri yoxlayırıq", - ABŞ Prezidenti əlavə edib.

Xəbər lenti