ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Sülh Şurasının yaradılması təşəbbüsünə daha çox dünya lideri qoşulacaq.
"Report"un Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu barədə "Sülh Şurasının Nizamnaməsi"nin imzalanma mərasimində çıxışı zamanı bildirib.
"Bir çox liderlər artıq qoşulub, digərləri isə daxili prosedurları keçəcək və onlar da Sülh Şurasının bir hissəsi olacaqlar. Bu, uğurlu bir təşəbbüs olacaq və ona daha çox ölkə qoşulacaq", - M.Rubio qeyd edib.