IMG-LOGO

İşıq sönəndə texnikanı xilas edə biləcək 3 qayda

22 Jan 2026 13:33 3 baxış
IMG
0 0

Müntəzəm blekautların yaşandığı şəraitdə ukraynalılar elektrik enerjisindən istifadə zamanı xüsusilə diqqətli olmalıdırlar. Ən sadə qaydalara laqeyd yanaşmaq təkcə texnikanın sıradan çıxmasına yox, həm də insanların təhlükəsizliyinə zərər vura bilər.

Lent.az bu 3 qaydanı təqdim edir:

Mütəxəssislər məsləhət görürlər ki, qoruyucu sistemlər mütəmadi yoxlanılsın, alternativ enerji mənbələrindən ehtiyatla istifadə edilsin və elektrik kəsintisi zamanı cihazlar mütləq şəbəkədən ayrılmalıdır. Energetiklər vurğulayıblar ki, sadə, amma vacib qaydalara əməl etmək həm əmlakı qorumağa, həm də evdə qəza riskini azaltmağa kömək edir.

Qoruyucu qurğuların işlək olmasına nəzarət edin

Avtomatik açarlar, qoruyucular və digər elektrik mühafizə elementləri çox önəmlidir. Məhz onlar yüklənmə və ya qısaqapanma zamanı enerjini avtomatik kəsərək yanğın riskini azaldır və məişət texnikasının sıradan çıxmasının qarşısını alır. Əgər bu qurğular nasazdırsa, hətta qısa müddətli gərginlik sıçrayışı belə ciddi nəticələrə səbəb ola bilər.

Ehtiyat enerji mənbələrini yalnız peşəkarlara həvalə edin

Generatorlar, invertorlar və akkumulyatorlar yalnız ixtisaslı mütəxəssislər tərəfindən qoşulmalıdır. Elektrik şəbəkəsi ilə bağlı özbaşına edilən təcrübələr həyat üçün təhlükə yarada, daxili naqilləri zədələyə və ümumi şəbəkədə qəzalara səbəb ola bilər.

Blekaut zamanı cihazları rozetkadan çıxarın

Elektrik enerjisi olmadığı dövrdə mütəxəssislər bütün elektrik cihazlarını şəbəkədən tam ayırmağı tövsiyə edirlər. Bu, işıq yenidən gələndə yaranan kəskin gərginlik dəyişmələrindən texnikanı qorumağa kömək edir.

İşıq gələndən sonra hər şeyi eyni anda qoşmayın

Elektrik bərpa olunduqda yük tədricən qoşulmalıdır. Bütün cihazların eyni anda işə salınması ev şəbəkəsində yüklənməyə səbəb ola və ümumilikdə enerji sisteminin sabitliyinə mənfi təsir göstərə bilər.

 

Sosial elektrik kəsintisi texnikanı qorumaq

Xəbər lenti