"Globe Soccer Awards" 2023-cü ilin ən yaxşı məşqçisi adına namizədləri təqdim edib.
Lent.az xəbər verir ki, Karlo Ançelotti (Real Madrid), Mikel Arteta (Arsenal), Roberto De Zerbi (Brayton), Luis de la Fuente (İspaniya), Conatan Giraldes (Barselona), Pep Qvardiola (Mançester Siti), Simone İnzaqi (İnter), Marsel Koller (Əl-Əhli), Stefano Pioli (Milan), Lionel Skaloni (Argentina millisi), Lusiano Spalletti (Napoli/İtaliya millisi), Alessandro Şpuqna (qadınlar Roma), Tomas Tuxel (Bavariya), Sarina Viqman (İngiltərə qadın komandası) ), Xavi (Barselona) namizədlər arasındadır.
"Globe Soccer Awards" Avropa Klublar və Futbol Agentləri Assosiasiyası tərəfindən təşkil olunur.
Mərasim yanvarın 19-da Dubayda baş tutacaq.