IMG-LOGO

Azərbaycan Gürcüstana elektrik enerjisi ixrac edən ölkələr sırasında liderdir

22 Jan 2026 13:21 4 baxış
IMG

Ötən il Gürcüstan Azərbaycandan 25 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 2,3 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana elektrik enerjisi ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 48 milyon ABŞ dolları dəyərində elektrik enerjisi alıb ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 11,5 milyon ABŞ dolları, Ermənistandan 8 milyon ABŞ dolları və Türkiyədən 3,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 23,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi alıb ki, bunun da 11 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Xəbər lenti