IMG-LOGO

Azərbaycanda 5 auditorun fəaliyyəti dayandırılıb

22 Jan 2026 13:39 5 baxış
IMG

Auditorlar Palatasının üzvü olan 3 auditor təşkilatının və 2 sərbəst auditorun fəaliyyəti dayandırılıb.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, buna səbəb bazar iştirakçılarının üzvlük haqqı üzrə yaranmış borclarını tam ödəməmələridir. Odur ki, "Bakı Audit" (direktor: Tofiq Çıraqov), "MRİ-AZ Audit" (direktor: Akif Rzayev) və "Trend Audit" (direktor: Səbrin Həbibzadə) MMC-lər, eləcə də Sabir Novruzov və Zəki Zəkiyev audit xidməti göstərə bilməyəcəklər.

Xəbər lenti