Ötən il Gürcüstan Azərbaycandan 381,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 12 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 2 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 9 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 840 milyon ABŞ dolları, Rumıniyadan 231 milyon ABŞ dolları, Bolqarıstandan 193 milyon ABŞ dolları, Türkiyədən 114 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1 milyard 842 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bunun da 341 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.