ABŞ-nin ən böyük investisiya şirkəti olan "Blackrock"un direktoru Larri Fink Ukrayna böhranının nizamlanması üzrə ABŞ komandasının işində iştirak edərək administrasiyaya iqtisadiyyatın bərpası məsələləri üzrə məsləhətlər verir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iqtisadi aspekt ABŞ komandası daxilində aparılan müzakirələrdə mühüm yer tutur. Uzunmüddətli inkişaf məsələləri ABŞ Prezidentinin müşaviri Cared Kuşnerlə təmaslarda mütəmadi olaraq qaldırılır.