IMG-LOGO

Rütte: Trampla Qrenlandiyaya dair danışıqlar regional təhlükəsizlik kontekstində aparılıb

22 Jan 2026 14:05 5 baxış
IMG

Qrenlandiya üzrə razılaşma ABŞ Prezidenti Donald Trampla adanın ərazi mənsubiyyəti ilə bağlı danışıqlar aparılmadan əldə edilib.

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Mark Rütte deyib.

Onun sözlərinə görə, əsas diqqət regional təhlükəsizlik məsələlərinə və Rusiya ilə Çinin Danimarkanın yarımmuxtar ərazisinə çıxışının qarşısının alınmasına yönəlib.

"Arktikanı, xüsusilə də Qrenlandiyanı qoruyarkən, daha çox vaxt və səy sərf etməliyik, çünki yeni dəniz yolları açılır", - M.Rütte vurğulayıb.

O əlavə edib ki, ABŞ-nin hərbi mövcudluğu müzakirə olunmayıb, lakin Danimarka onun genişləndirilməsini nəzərdən keçirməyə hazırdır.

Xəbər lenti