IMG-LOGO

"Moody`s": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5 %-ni təşkil edəcək

21 Jan 2026 21:16 3 baxış
IMG

Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2026–2027-ci illərdə orta hesabla ÜDM-in 5,1 %-ni təşkil edəcək.

"Report" xəbər verir ki, bu qiymətləndirmə "Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozlarında verilib.

"Moody`s"in gözləntilərinə əsasən, 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7 %-ni, 2026-cı ildə 5 %-ni, 2027-ci ildə isə ÜDM-in 5,2 %-ni təşkil edəcək.

Qeyd edək ki, 2024-cü ildə bu göstərici 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 3,02 milyard ABŞ dolları və ya ÜDM-in 5,4 %-ni təşkil edib. 2025-ci ilin yekunlarına görə, orta neft qiyməti bir barel üçün təxminən 70 ABŞ dolları olmaqla, bu göstəricinin 3,7 milyard dollar səviyyəsində olması gözlənilir.

Xəbər lenti