Vaşinqton Qrenlandiya məsələsində ABŞ-nin mövqeyini dəstəkləməkdən imtina edən Avropa ölkələrini unutmayacaq.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Tramp qeyd edib ki, ABŞ Qrenlandiyanı qlobal təhlükəsizliyin təmin edilməsi üçün strateji əhəmiyyətli ərazi hesab edir.
Onun sözlərinə görə, Vaşinqton dünyanı qorumaq üçün bu buzlu əraziyə ehtiyac duyur, lakin Danimarka ABŞ ilə razılaşmır.
"Seçiminiz var: siz "bəli" deyə bilərsiniz və biz sizə çox minnətdar olacağıq. Ya da siz "yox" deyə bilərsiniz və biz bunu unutmayacağıq", - deyə Tramp Danimarka və Avropa müttəfiqlərinə müraciət edib.