IMG-LOGO

Suriyada silahlılar hökumət qüvvələrinə hücum ediblər, ölənlər və yaralananlar var

21 Jan 2026 19:29 3 baxış
IMG

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) silahlıları İraq sərhədi yaxınlığında, Həsəkə şəhərinin şimal-şərqindəki obyektə dronla zərbə endiriblər.

"Report"un SANA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Məlumata əsasən, hökumət qoşunları SDQ-nin pilotsuz uçuş aparatları üçün partlayıcı maddələr və sursat istehsal edən müəssisəsini aşkarlayıblar. Əməliyyat zamanı silahlılar obyektə kamikadze dron göndəriblər.

Nazirliyin məlumatına görə, hücum nəticəsində 7 suriyalı əsgər həlak olub, daha 20 nəfər yaralanıb.

Xəbər lenti