ABŞ Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq etməyəcək, lakin belə bir ssenari yaransa, bizi heç nə dayandıra bilməz.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Vaşinqton ABŞ ordusunun məğlubedilməz olmasına baxmayaraq, hərbi gücdən istifadə etmək niyyətində deyil: "Mənə güc tətbiq etmək lazım deyil, güc tətbiq etmək istəmirəm, güc tətbiq etməyəcəyəm".
"ABŞ heç vaxt heç nə istəməyib və heç nə əldə etməyib. Ehtimal ki, mən güc tətbiq etmək qərarına gəlməsəm, heç nəyə nail olmayacağıq. Açığı, bizi heç nə dayandıra bilməzdi, amma mən bunu etməyəcəyəm", - Tramp qeyd edib.