IMG-LOGO

“Qarabağ” onu 1,5 milyona satmaqdan imtina edib?

22 Jan 2024 15:54 229 baxış
IMG

"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Rubin"in yarımmüdafiəçi Leandro Andradeni transfer etmək üçün Azərbaycan klubuna təklifi barədə yayılan məlumatı təkzib edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, Kazan komandasının futbolçu üçün 1,5 milyon avro ödəməyə hazır olduğu, lakin “Qarabağ”dan imtina aldığı barədə məlumat yayılıb..

“Rubin”dən Leandro Andrade üçün heç bir rəsmi təklif almamışıq. Digər klub futbolçu üçün 1,5 milyon avrodan çox təklif edib”, - Əsgərov “Sport24”ün müxbiri Anastasiya Draqomirlə söhbətində bildirib.

Mənbə: lent.az

Xəbər lenti