ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın vaxtlarda Venesuela əvvəlki 20 ildə əldə etdiyindən daha çox vəsait əldə edəcək.
"Report"un məlumatına görə, o bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda deyib.
"Yaxın altı ay ərzində Venesuela son 20 ildəkindən daha çox pul qazanacaq", – Tramp vurğulayıb.
Amerika lideri həmçinin qeyd edib ki, onun rəhbərliyi dövründə ölkədə təbii qaz hasilatı rekord göstəricilərə çatıb, neft hasilatı isə gündəlik 730 min barrel artıb. Bundan əlavə, Tramp bildirib ki, ötən həftə ABŞ yalnız Venesueladan 50 milyon barrel neft alıb.