IMG-LOGO

"Moody`s" Azərbaycanda inflyasiyanın 2026-2027-ci illərdə yavaşlayacağını proqnozlaşdırır

21 Jan 2026 18:50 4 baxış
IMG

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın 2028-ci ilədək 4 %-ə enəcəyini proqnozlaşdırır.

"Report" agentliyin proqnozlarına istinadən xəbər verir ki, "Moody`s"in qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,2 % təşkil edib.

Agentliyin gözləntilərinə əsasən, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 %-ə, 2027-ci ildə isə 4 %-ə qədər yavaşlayacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artıb.

Xəbər lenti