IMG-LOGO

KİV: ABŞ Sülh Şurasının yaradılmasında 35 ölkənin iştirakını gözləyir

21 Jan 2026 17:35 4 baxış
IMG

Vaşinqtonda Sülh Şurasının yaradılmasına həsr olunmuş mərasimdə tədbirə dəvət edilmiş 50 ölkədən 35-nin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Davosda (22 yanvar - red.) ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsünə həsr olunmuş imzalanma mərasimində dəvət olunmuş 50 ölkədən təxminən 35-nin iştirakı gözlənilir", – ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi telekanalа bildirib.

Trampın Sülh Şurası təşəbbüsü Qəzza zolağından başlayaraq, bütün dünyada münaqişələrin həllinə yönəlib. Şuraya ömürlük olaraq Trampın rəhbərlik edəcəyi nəzərdə tutulur.

Azərbaycan, Misir, İsrail, Argentina, Belarus, Macarıstan, Vyetnam, Qazaxıstan, Mərakeş və BƏƏ ABŞ Prezidentinin Şuraya daxil olmaqla bağlı dəvətini qəbul ediblər.

Xəbər lenti