IMG-LOGO

Azərbaycan Ukraynaya karbamid satışından qazancını kəskin artırıb

21 Jan 2026 17:53 5 baxış
IMG

Ötən ilin ilk 11 ayında Azərbaycan 163,4 milyon ABŞ dolları dəyərində 520 min 989 ton karbamid ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 1,8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 123,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çox) 388 min 299 ton (+51 %), Kanadaya 20,5 milyon ABŞ dolları dəyərində 70 min 242 ton (1 il əvvəl tədarük olmayıb), Argentinaya 6,1 milyon ABŞ dolları dəyərində (+8,9 dəfə) 22 min 408 ton (+7,6 dəfə), Hindistana 4,7 milyon ABŞ dolları dəyərində 13 min ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 3,7 milyon ABŞ dolları dəyərində (-78 %) 10 min 900 ton (-87 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.

Xəbər lenti