Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq üzrə aktual məsələləri nəzərdən keçirilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmindəki aktual məsələləri nəzərdən keçirdik. Ticarət, sənaye, enerji və biznes tərəfdaşlığı istiqamətində qarşılıqlı fəaliyyətin perspektivlərini vurğuladıq", - deyə o qeyd edib.