IMG-LOGO

IEA: Azərbaycan dekabrda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb

21 Jan 2026 15:50 2 baxış
IMG

Azərbaycanda neft hasilatı dekabr ayında gündəlik 460 min barel təşkil edib və ötən ilin noyabr səviyyəsində qalıb.

Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın dekabr ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 90 min barel geri qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində ötən il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.

Xəbər lenti