2025-ci ildə Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 198,5 milyon manat təşkil edib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 0,3 % çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri əvvəlki ilə nisbətən 9 % artaraq 14 milyard 956,7 milyon manat olub.