IMG-LOGO

Peskov Putin və Uitkoffun görüşəcəyini təsdiqləyib - YENİLƏNİB

21 Jan 2026 15:56 3 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin yanvarın 22-də ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşməyi planlaşdırır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bunlar prezidentin sabahkı qrafikində var", - deyə Peskov bildirib.

15:18

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yanvarın 22-də baş tutacağını bildirib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə S.Uitkoff CNBC telekanalına müsahibəsində deyib.

"Putin ilə cümə axşamı görüşəcəyəm, Rusiya görüş tələb edib", - o deyib.

O, həmçinin səfərdə ona ABŞ Prezidenti Donald Trampın kürəkəni, sahibkar Cared Kuşnerin müşayiət edəcəyini qeyd edib. "Kuşnerlə Moskvaya gedəcəyəm, cümə axşamı yola düşürük", - xüsusi elçi qeyd edib. Bildirib ki, son həftələrdə Rusiya-Ukrayna məsələsi ilə bağlı çoxlu uğurlar əldə olunub.

Eyni zamanda, o Rusiyanın Ukrayna ilə bağlı razılaşmaya gedəcəyi qeyd edib. Bundan əlavə S.Uitkoff bildirib ki, münaqişənin həlli yolunda əsas maneə ərazi məsələləridir: "Hamı sülh sazişinə nail olmaq istəyir".

Xəbər lenti