Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Omanın "OQ Group" şirkəti gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.
"Report" xəbər verir ki, danışıqlar SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə "OQ Group"un Baş direktoru Əşrəf əl Məmari arasında Dünya İqtisadi Forumu 2026 (WEF 2026) çərçivəsində baş tutub.
"Müzakirələr zamanı ədalətli və balanslı enerji keçidinə qarşılıqlı sadiqliyimiz təsdiq edilib, dəyişən qlobal enerji landşaftı şəraitində enerji təhlükəsizliyinin gücləndirilməsinin və davamlı artımın təşviqinin əhəmiyyəti vurğulanıb", - SOCAR-ın prezidentinin sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.