ABŞ maliyyə naziri Skott Bessent Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiyada NATO ölkələrinin hərbi təlimlərini təşkil etmək cəhdini tənqid edib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, nazir bunu İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Fransanın büdcəsi artıq acınacaqlı vəziyyətdədir, buna görə də təlimlərin keçirilməsi məqsədəuyğun deyil.
"Bu səbəbdən Makrona Fransa xalqı üçün mühüm olan digər məsələlərə diqqət yetirməsini tövsiyə edərdim", - S.Bessent bildirib.
Qeyd edək ki, daha əvvəl Fransa Qrenlandiyada NATO təlimlərinin keçirilməsini tələb etmişdi.