IMG-LOGO

Kutay Durna: "SOCAR Karbamid" daxili tələbatı 100 % qarşılayır"

21 Jan 2026 14:49 2 baxış
IMG

"SOCAR Karbamid" zavodu daxili tələbatı 100 % qarşılayır ki, bu da istehsalın 12 %-ni təşkil edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, zavod 2024-cü ildə Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanadaya məhsul ixrac edib: "Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsa edir. Zavodun istehsal gücü isə 650 min tondur".

Xəbər lenti