IMG-LOGO

MM Azərbaycanla İordaniya arasında imzalanmış gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edəcək

21 Jan 2026 13:06 4 baxış
IMG

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanmış gömrük işi sahəsində əməkdaşlıq sazişini ratifikasiya edəcək.

"Report" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə lordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiqi barədə qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.

Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat eldə etdikdə, öz səlahiyyətləri çərçivəsində bir-birilərini yardımla təmin edirlər:

a) gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;

b) digər razılığa gələn tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə pozulmasının obyekti olması bilinən mallar;

c) narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Konvensiyaları pozan mallar və ya beynəlxalq konvensiyalara və qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili təyinatlı mallar.

Layihə komitədə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti