Ötən il Azərbaycanda 4 milyon 748,4 min dekalitr meyvə şirəsi istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 3,2 % çoxdur.
Bundan başqa, hesabat dövrünə Azərbaycanda 172 min 346,5 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, bir il öncəki göstəriciyə nisbətən 2,1 % azdır.
Bu il yanvarın 1-nə ölkədə 812,5 min dekalitr meyvə şirəsi ehtiyatı, 23 min 005 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 15,3 % və 6,9 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 4 milyard 991,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,1 % çoxdur.