IMG-LOGO

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 9 % artırıb

21 Jan 2026 12:54 3 baxış
IMG

2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar.

Bu barədə "Report" Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü il ilə müqayisədə olaraq 78 mənzil və ya 9 % çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 113 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 3 mənzil və ya 2,7 % çoxdur.

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 5-ci yerdə qərarlaşıb.

Ümumilikdə, 2025-ci ildə Türkiyədə xarici vətəndaşlara 21 677 mənzil satılıb. Bu, 2024-cü il ilə müqayisədə 2 298 mənzil və ya 10,6 % azdır.

Təkcə dekabrda isə xaricilər Türkiyədə 2 560 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 123 mənzil və ya 5,04 % çoxdur.

2025-ci ildə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən il 3 649 mənzil satılıb. Bu, 2024-cü illə müqayisədə 1 218 ədəd və ya 25 % azdır.

Təkcə dekabrda isə rusiyalılar Türkiyədə 504 mənzil alıblar ki, bu da 2024-cü il ilə müqayisədə 66 ədəd və ya 15,1 % çoxdur.

Növbəti yeri İran vətəndaşları tutublar. Onlar bu siyahıda keçən ay ikinci olan ukraynalıları qabaqlayıblar. Belə ki, 2025-ci ildə onlar bu ölkədə 1 878 mənzil satılıb ki, bu da illik müqayisədə 288 ədəd və ya 13,3 % azdır. Dekabrda isə iranlılara 232 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 7 mənzil və ya 2,9 % azdır.

Ötən il üçüncü yerdə Ukrayna vətəndaşları qərarlaşıblar. Belə ki, 2025-ci ildə Ukrayna vətəndaşları Türkiyədə 1 541 mənzil sahib olublar. Bu da 2024-cü il ilə müqayisədə 90 mənzil və ya 5,5 % azdır.

Ötən ay isə ukraynalılar Türkiyədə 193 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 12 mənzil və ya 6,6 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.

Xəbər lenti