Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının Şəhidlər xiyabanını ziyarəti zamanı əməkdaşlardan birinin AMEA prezidenti İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, məsələ ilə bağlı İsa Həbibbəyli manşet.az-a açıqlama verib.
O, heç vaxt çətirdən istifadə etmədiyini bildirib: “Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim. Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətir tutmuşdu. Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başıaçıq və çətirsiz olmuşam. Dünən tədbirdən sonra dərhal AMEA-nın saytında və AZƏRTAC-da yerləşdirilən fotolardan da əyani şəkildə görə bilərsiniz. Mən işçiyə mənə çətir tutması ilə bağlı hər hansı bir söz deməmişəm”.
İsa Həbibbəyli çətir İsa Həbibbəyli çətir