İsrail-Fələstin müharibəsi başlayandan 50 media işçisi həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsinin sosial media səhifəsində məlumat verilib.
Noyabrın 20-nə olan məlumata görə, döyüş bölgəsində 45 fələstinli, 4 israilli və bir livanlı jurnalist həlak olub.
Daha 3 media işçisi itkin düşüb, 11-i yaralanıb, 18-i isə həbs edilib. Komitə ölən və yaralanan jurnalistlərin işlədiyi media qurumlarını açıqlamayıb.