IMG-LOGO

Azərbaycanda ictimai iaşə dövriyyəsi 12 %-dən çox artıb

21 Jan 2026 11:41 3 baxış
IMG

2025-ci ildə Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 808,6 milyon manat olub.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü illə müqayisədə real ifadədə 12,2 % çoxdur.

Ötən il özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilə nisbətən 12 % artaraq 1 milyard 422,2 milyon manat olub.

Xəbər lenti