IMG-LOGO

Azərbaycanda super kompüter mərkəzinin yaradılmasında "Dell Technologies" iştirak edəcək

21 Jan 2026 11:49 3 baxış
IMG

Azərbaycanda super kompüter mərkəzinin yaradılmasında "Dell Technologies" iştirak edəcək.

"Report"un İsveçrəyə ezam olunan əməkdaşının məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda dünyanın IT texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan ABŞ-nin "Dell Technologies" şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşündə deyilib.

Görüşdə "Dell Technologies"in resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti