Fransa Qrenlandiyada NATO təlimlərinin keçirilməsi ilə bağlı müraciət edib.
"Report" xəbər verir ki, bu barədə "France24" telekanalı Yelisey sarayının bəyanatına istinadən məlumat yayıb.
"Fransa Qrenlandiyada NATO təlimlərinin keçirilməsini istəyir və bununla bağlı töhfə verməyə hazırdır", - prezident administrasiyasından bildiriblər.
Qeyd edilib ki, Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla bir sıra Avropa ölkələri ABŞ-nin iştirakı olmadan NATO-dakı müttəfiqlərlə birgə təşkil edilən Danimarka təlimlərinə hazırlıq çərçivəsində kəşfiyyat missiyası üçün bu əraziyə hərbçilər göndəriblər.