IMG-LOGO

Milli Məclisdə mina təhlükəsizliyi ilə bağlı ictimai dinləmənin keçirilməsi təklif olunub

21 Jan 2026 11:54 4 baxış
IMG

Milli Məclisdə mina təhlükəsizliyi ilə bağlı ictimai dinləmənin keçirilməsi təklif edilib.

"Report" xəbər verir ki, Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında belə bir təkliflə çıxış edib.

Onun sözlərinə görə, müzakirəni bir neçə komitənin birgə əməkdaşlığı ilə reallaşdırmaq olar:

"Mina təhlükəsi yalnız təhlükəsizliyə deyil, ekoloji resurslara, maddi-mənəvi irsə, torpağa və digər sahələrə ciddi təhdid yaradır. Mina probleminin konsepsiyasını hazırlamaq və il ərzində dinləmə formatında müzakirəyə çıxarmaq məqsədəuyğun olar".

Deputat Ağdərədə Prezident İlham Əliyevin təməlini qoyduğu Xüsusi Əməliyyat Mərkəzinin və orada planlaşdırılan fəaliyyətlərin xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:

"Beynəlxalq hərbi əməkdaşlıq sazişlərindən irəli gələn öhdəliklərin icrası üçün Ağdərə Xüsusi Əməliyyat Mərkəzindən istifadə edilə bilər".

Xəbər lenti