IMG-LOGO

“SolarEdge” istismar xərclərinə qənaət etmək məqsədilə əməkdaşlarının 16 %-i ilə vidalaşacaq

22.01.2024 05:39 71 baxış
IMG

İsrailin “SolarEdge Technologies” şirkəti əməliyyat xərclərinə qənaət etmək məqsədilə dünyadakı işçi qüvvəsinin 16 %-i ilə yollarını ayıracaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Təxminən 900 işçiyə təsir edəcək ixtisar şirkətin Meksikada istehsalı dayandırmasından, Çində istehsal gücünün azalmasından və yüngül kommersiya nəqliyyat vasitəsi sahəsində e-mobillik fəaliyyətinə son qoyulması fonunda baş verib.

“Xərc strukturumuzu sürətlə dəyişən bazar dinamikasına uyğunlaşdırmaq üçün işçi qüvvəsinin ixtisar edilməsi və digər xərclərin azaldılması tədbirlərini həyata keçirmək üçün çox çətin, lakin zəruri bir qərar verdik”, – şirkətin baş icraçı direktoru Zvi Lando qeyd edib.

Qeyd edək ki, “SolarEdge Technologies” sabit cərəyan üçün optimallaşdırılmış inverter sistemi hazırlamış şirkətdir. Mənzil-qərargahı İsraildə olan şirkətin Almaniya, İtaliya və s. ölkələrdə də nümayəndəlikləri mövcuddur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti