IMG-LOGO

“Bloomberg” Avropada qazın qiymətinin azalmasının səbəbini açıqlayıb

22.01.2024 04:22 73 baxış
IMG

2023-cü ildə Avropada qazın qiyməti 2022-ci ildəki pik nöqtəsi ilə müqayisədə, demək olar ki, 60 % azalıb və əsasən rekord qaz ehtiyatları, habelə bərpa olunan enerji mənbələri hesabına ucuzlaşmaqda davam edir.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, ötən ilin oktyabrında Fələstin – İsrail münaqişəsinin kəskinləşməsinə və onun Qırmızı dəniz üzərindən beynəlxalq tədarüklərdə yaratdığı problemlərə baxmayaraq, Avropada mayeləşdirilmiş təbii qazın qiymətləri ucuzlaşmaqda davam edir.

Agentlik bu fenomeni rekord qaz ehtiyatları, bərpa olunan enerjiyə böyük yatırımlar və iri sənaye ölkələrində enerji tələbatını məhdudlaşdıran zəif iqtisadi artımla əlaqələndirir.

Bununla belə, azalmanın dayanması və Avropa ölkələrinin, eləcə də Yaponiya, ABŞ və Çinin yenidən böhranla üzləşməsi riski qalır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti