IMG-LOGO

"Fitch": Azərbaycan 2029-cu ilə qədər qeyri-neft kəsirini ÜDM-in 13 faizinədək azaltmağı hədəfləyir

20 Jan 2026 19:05 3 baxış
IMG

Azərbaycan 2029-cu ilə qədər qeyri-neft kəsirini ÜDM-in 13 %-dək azaltmağı hədəfləyir.

"Report"un məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan "Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri" adlı vebinar zamanı bildirib.

A.Ramakrişnan xatırladıb ki, 2022-ci ildə Azərbaycanda büdcə qaydası tətbiq olunub və onun əsas göstəricisi qeyri-neft ÜDM-ə nisbətdə ilkin qeyri-neft kəsiridir.

"Bu vaxtdan etibarən hökumət faktiki olaraq bu göstəricini planlaşdırılandan daha yaxşı yerinə yetirir. Məsələn, 2024-cü ildə bu göstərici 24 %-lik hədəf kəsir səviyyəsinə qarşı 20,4 % təşkil edib. Lakin biz bunu müsbət qiymətləndirsək də, möhkəm öhdəliklərin olmaması və hədəflərin daim dəyişməsi müşahidə olunur", – deyə suveren reytinqlər direktoru vurğulayıb.

O qeyd edib ki, "Fitch" bu cür dəyişikliklərin səbəbləri ilə bağlı aydınlığa malik deyil və bu, ortamüddətli perspektivdə bu maliyyə lövbərinə olan inamı sarsıda bilər.

"Buna baxmayaraq, vurğulamaq istərdim ki, ümumiyyətlə, hakimiyyət orqanları BVF-nin bu göstəricini hər il ÜDM-in ən azı 1,5 faiz bəndi yaxşılaşdırmaq tövsiyəsinə əməl edirlər. Cari hədəf – 2029-cu ilə qədər qeyri-neft ÜDM-in 13 %-nə qədər kəsiri azaltmaqdır və biz hesab edirik ki, hökumət bu məqsədə nail olmağa qərarlıdır", – A.Ramakrişnan əlavə edib.

Xəbər lenti