IMG-LOGO

Azərbaycanda ictimai iaşə dövriyyəsi 15 % artıb

20.01.2024 12:08 62 baxış
IMG

2023-cü ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci illə müqayisədə real ifadədə 15,2 % artaraq 2 milyard 41,5 milyon manat təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, illik dövriyyənin 19 milyon 511,6 min manatı dövlət, 2 milyard 022 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 50,6 %-i hüquqi şəxslərin, 49,4 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 15,6 % artaraq 1 024,1 milyon manat olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti